A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyinə həsr edilmiş tədbirlər planına uyğun olaraq Biznes və menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov və “Biznes və logistika” kafedrasının müdiri  dosent Məhəmməd Əliyev “Azərbaycan məktəblərində 95 görüş” aksiyası çərçivəsində Bərdə şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey, Bərdə şəhəri 1, 2, 3, 5 və 6 saylı tam orta ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri ilə görüşüblər.

Görüş zamanı şagirdlərə universitetin missiyası, əsas dəyərləri, beynəlxalq əməkdaşlıq və reytinqlərdə mövqeyi, eləcədə tərəfdaşlıq etdiyi ali təhsil müəssisələri, akademik heyətin tərkibi və yaradılmış infrastrukturun təminat sistemindən söz açılmışdır. Bununla bərabər şagirdlərə Universitetdəki ixtisaslar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib və eləcədə şagirdlər universitetə dəvət olunublar.

Sonda abituriyent maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR