A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə bağlı “95 görüş” aksiyası çərçivəsində Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dos. Gülnarə Rzayeva, “Azərbaycan dii” kafedrasının müəllimləri dos. Günal Səfərli, ba. Müəllim Samirə Əhmədova Nərimanov rayonunda yerləşən 47 saylı tam orta məktəbin 10-11-ci sinif şagirdləri ilə görüşüblər.

Görüş zamanı şagirdlərə universitetimizin tarixi, infrastrukturu, beynəlxalq reytinqlərdə mövqeyi, tədris olunan ixtisaslar, tədris prosesinin və imtahanların təşkili, xüsusi təqaüd, mübadilə və beynəlxalq ikili diplom proqramları, tələbələrə təqdim edilən imkanlar, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib.

Görüşün sonunda şagirdlərin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR