Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov və “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Musa Musayev “Azərbaycan məktəblərində 95 görüş” aksiyası çərçivəsində Abşeron-Xızı Regional Təhsil İdarəsinin nəzdində olan Xırdalan şəhəri 3, 2, 5, 7, 9 nömrəli və Sumqayıt şəhəri 23, 22, 24, 26, 4, 28, 39 və 33 nömrəli məktəblərində yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.
Tədbirin əsas məqsədi şagirdlərə UNEC-də mövcud təhsil imkanları, fakültələr və ixtisaslar barədə ətraflı məlumat vermək, onların ali təhsil müəssisəsinə hazırlıq prosesində maarifləndirilməsini təmin etməkdir.
Görüş zamanı universitetin tarixi, missiyası, əsas hədəfləri, tələbələr üçün nəzərdə tutulan təqaüd proqramları, beynəlxalq tələbə mübadiləsi imkanları, ikili diplom proqramları, UDİD və MİNOR istiqamətləri haqqında da geniş məlumat verilərək, şagirdlərə UNEC-in “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi və universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının fəaliyyəti barədə də ətraflı məlumat çatdırıblar. Şagirdlərlə görüş zamanı UNEC-də həyata keçirilən rəqəmsal transformasiya layihələri, rəqəmsal bacarıqların inkişaf etdirilməsi istiqamətində atılan addımlar və bu sahədə mövcud karyera imkanları ilə bağlı şagirdlərə ətraflı məlumat verilib, gəncləri universitetdə təşkil olunan "UNEC-də bir gün" layihəsində fəal iştirak etməyə dəvət ediblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb ,məktəbin pedaqoji heyəti ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.