A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə bağlı “Azərbaycan məktəblərində 95 görüş” aksiyası çərçivəsində Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD) direktoru dos. Gülnarə Rzayeva və “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müdiri dos. Rəşad Məhərrəmov Bakı şəhəri Səbail rayonunda yerləşən H.Mahmudbəyov adına 2 nömrəli Texniki Humanitar liseyində və Nərimanov rayonundakı 291 nömrəli Ekologiya liseyində yuxarı sinif şagirdləri ilə görüşüblər.

Görüş zamanı dos.G.Rzayeva və dos. R.Məhərrəmov şagirdlərə Azərbaycan Dövlət İqtisad Universitetinin yaranma tarixi, infrastrukturu, burada tədris olunan ixtisaslar, tədris prosesinin və imtahanların təşkili, təhsil imkanları, beynəlxalq proqramlar, eləcə də universitetimizdə tələbə həyatı, təqaüd imkanları, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatları və s. barədə ətraflı məlumat veriblər.

Görüşün sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR