A

UNEC Xarici Dillər Departamentinin əməkdaşları Abşeron rayonu, Masazır kəndində yerləşən 5 saylı tam orta məktəbdə 9, 10 və 11-ci sinif şagirdləri ilə görüş keçiriblər.

Universitetin 95 illik yubileyi münasibətilə təşkil olunan görüşün əsas məqsədi məktəblilərə UNEC haqqında ətraflı məlumat vermək və onları universitetin tədris imkanları ilə tanış etmək olub.

Tədbirdə UNEC Xarici Dillər Departamentinin direktoru Aysel Xəlilova və proqram rəhbəri Pərvanə Abbasova şagirdlərə universitetin zəngin tarixi, beynəlxalq əməkdaşlıqları, müxtəlif fakültələri, tədris proqramları və tələbələr üçün yaradılan geniş imkanlar barədə ətraflı təqdimat ediblər.

Şagirdlər görüşə böyük maraq göstərərək universitet həyatı, qəbul prosedurları və xarici dil hazırlığı ilə bağlı çoxsaylı suallar ünvanlayıblar. Təqdimat interaktiv şəkildə təşkil olunub və iştirakçılar UNEC-in akademik mühiti ilə yaxından tanış olublar.

Tədbir məktəblilərdə universitet təhsili ilə bağlı motivasiya yaradıb və onların gələcək planlarında UNEC-i seçmək arzusunu gücləndirib.

TOP XƏBƏRLƏR