A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyətinin bölgələrə səfərləri davam edir.

Növbəti səfəri universitetin “Standartlaşdırma və sertifikasiya” kafedrasının müəllimi, dos. İlqar Rəcəbov, “Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi, dos. Azər Qarayev və İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rəşad Hüseynov  reallaşdırıblar. Onlar Yevlax, Tərtər və Ağcabədi rayonlarının bir neçə orta məktəbində, əsasən yuxarı sinif şagirdləri və valideynlərlə görüşlər keçiriblər. Məqsəd isə UNEC-in təqdim etdiyi təhsil imkanlarını regionlarda tanıtmaq, orada təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etməkdir.  

Şagirdlərə I, II, IV və V ixtisas qrupları üzrə fakültələr və tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib. Təhsilin 4 dildə - Azərbaycan, ingilis, rus və türk dillərində aparıldığı, tədris prosesinin tamamilə elektronlaşdırıldığı qeyd edilib. UNEC-in Amerika və Avropa universitetləri ilə ikili diplom və mübadilə proqramları və onların qazandırdıqları üstünlüklər də şagirdlərin diqqətinə çatdırılıb. Beynəlxalq olimpiada qaliblərinə, 600 və daha yüksək bal toplayan tələbələrə əlavə olaraq bir semestr boyu aylıq 100 manat xüsusi təqaüd verilməsini, həmçinin hər kurs üzrə ən yüksək nəticə göstərmiş 15 tələbəyə universitet hesabına ikinci əlaçı təqaüdü verildiyi bildirilib.

Sonda şagirdlərə bukletlər paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR