A

UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri və Xanım Tədqiqatçılar şurasının rəhbəri Nərgiz Hacıyeva Albaniyanın Tirana şəhərində yerləşən Kanada Texnologiya İnstitutu tərəfindən keçirilən “Rəqəmsallaşmaya və iqtisadi inkişafa multidisiplinar yanaşmalar” adlı III beynəlxalq konfransda qonaq məruzəçi kimi çıxış edib.

İsveç, Böyük Britaniya, Slovakiya, Monteneqro, Bosniya və Hersoqovina, Yunanıstan, Türkiyə, Səudiyyə Ərəbistanı, Macarıstan, Polşa, Çexiya və digər ölkələri alim və tədqiqatçılarının iştirak etdiyi konfransa onlayn qatılan Nərgiz Hacıyeva işğaldan azad olunmuş ərazilərin yaşıl enerji potensialından danışıb. O, Qarabağa investorların cəlb edilməsi, yaşıl enerji üzrə geostrateji-iqtisadi dördlük anlaşması haqqında ətraflı məlumat verərək, gələcək dönəmlərdə Azərbaycanın etibarlı yaşıl enerji təminatçısı kimi Avropa ölkələrinə elektrik enerjisinin daşınması barədə elmi təhlillərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

TOP XƏBƏRLƏR