Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi seminar keçirilib. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasındakı çıxışından irəli gələn vəzifələr seminara toplaşan iqtisadçılar və tədqiqatçılar tərəfindən ətraflı müzakirə olunub.Qeyd edilib ki, bu ilin 3 ayı ərzində ölkəmizdə iqtisadi inkişaf meylləri qeydə alınıb. Bildirilib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində ümumi daxili məhsulun azalması müşahidə edilsə də, qeyri-neft sənayesinin beş faizdən çox artması müsbət göstəricidir.Bildirilib ki, ilk rüb ərzində 37 min yeni iş yerinin yaradılması, işsizliyin səviyyəsinın çox aşağı olması müsbət haldır.
UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun əməkdaşları 2016-cı ilin birinci rübündə ölkə iqtisadiyatının mövcud durumu və meylləri, bu meylləri şərtləndirən amillər haqqında danışaraq, müvafiq təkliflər veriblər.Sonda seminar iştirakçıları ölkə iqtisadiyyatında artımın təmin edilməsi yolları haqqında fikir mübadiləsi aparıblar.