UNEC-də Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu Prof.Dr. Turan Yazganın anım günü qeyd olunub.
Tədbirdə çıxış edən Türk Dünyası İqtisad Fakültəsinin dekanı professor Mehmet Yüce Turan Yazganın keçdiyi həyat yolundan, onun Böyük Turan dövləti qurmaq ideyasında söz açıb. Həyatını türklüyə, türk dünyasına həsr edən Turan Yazganın bu məqsədlə qurduğu və 32 il rəhbərlik etdiyi Türk Dünyası Araşdırmaları Vəqfinin onun Türk dünyası üçün qoyub getdiyi ən böyük əmanət olduğunu deyib.
Tədbir Prof.Dr. Turan Yazganın həyat yolundan bəhs edən qısa tanıtım filmi ilə yekunlaşıb.