A

UNEC-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaradılmasının 100 illiyi münasibətilə kitab və rəsm sərgisi keçirilib.

Sərgidə ADMİU-nun rektoru professor Ceyran Mahmudova, UNEC rektoru professor Ədalət Muradov, Azərbaycanın tanınmış incəsənət xadimləri, hər iki universitetin professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər. Yubiley səgrisində ADMİU-nun mədəniyyət və incəsənətdən bəhs edən kitabları, UNEC Kitabxana İnformasiya Mərkəzinin müxtəlif mövzularda nəşrləri, həmçinin Dizayn Məktəbinin tələbələrinin bir-birindən maraqlı rəsm əsərləri və əl işləri nümayiş olunub. Yaradıcılıq Mərkəzinin üzvlərinin ifa etdikləri milli musiqilərimiz tədbir iştirakçılarına xoş anlar yaşadıb. Sərgidə nümayiş olunan rəsm əsərləri və  əl işləri hər kəs tərəfindən böyük maraqla qarşılanıb.

Rektor professor Ədalət Muradov ADMİU-nun kollektivini 100 illik yubiley münasibətilə təbrik edərək, bu ali təhsil ocağının əldə etdiyi nailiyyətlərdən söz açıb. Ölkəmizin təhsil, mədəniyyət və incəsənət tarixində zəngin ənənələrə malik olan ADMİU-nun kollektivinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayan Ədalət Muradov rektor Ceyran Mahmudovaya UNEC tələbələrinin 100 illik yubileyə həsr etdikləri xatirə hədiyyəsini təqdim edib.

Tədbir sərginin ziyarəti ilə davam edib.

TOP XƏBƏRLƏR