A

Noyabrın 21-də Sumqayıt Dövlət Universitetində (SDU) Avropa Birliyinin Erasmus fondu tərəfindən maliyyələşdirilən  Azərbaycan Dövlət İqtiad Universitetinin (UNEC) koordinator olduğu “Azərbaycan Universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji və iqlim dəyişikliyinin azaldılması-REFRESH” layihəsinin məlumat günü keçirilib.

Tədbirin məqsədi ölkəmizdə bərpa olunan enerji sahəsində ictimaiyyət arasında maarifləndirmə işini artırmaqla, Azərbaycanda yaşıl enerjiyə keçid dövrünü yaxşılaşdırmaq, tədris metodologiyalarını, kurs proqramlarını təkmilləşdirmək və tərəfdaş ali təhsil müəssisələrində pilot kurslara başlamaq üçün Təlimçilərin Təlimi (ToT) proqramına müəllim heyətini cəlb etmək və müvafiq sahə üzrə mövcud kadr potensialını artırmaqdır.

Layihənin koordinatoru Azərbaycan Dövlət İqtisad Universitetidir. 4 Avropa universiteti (İspaniyanın Barselona Universiteti, İtaliyanın Bolonya Universiteti, Danimarka Texniki Universiteti, İsveçin Kral Texnologiya İnstitutu) və 6 yerli universitet (Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti) tərəfdaş qismində çıxış edir.

İnteraktiv formada keçən tədbir sual-cavab sessiyası ilə davam edib.

TOP XƏBƏRLƏR