A

UNEC Biznes Məktəbində (MBA) Biznesin idarəedilməsi kafedrasının proqram rəhbəri Elnurə Şəfizadənin təqdimatında müəllifləri David R. Anderson, Dennis J. Sweeney, Thomas A. Williams, Jeffrey D. Camm, James J. Cochran olan “Statistics for Business & Economics” (13th edition) kitabının müzakirəsi keçirilib.

Müzakirədə İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru prof. Yadulla Həsənli, UNEC Biznes Məktəbinin (MBA) direktoru dos. Nazim Hacıyev, Biznesin idarəedilməsi kafedrasının müdiri dos. Sevər Məmmədova, Elnurə Şəfizadə, dos. Cəmilə Musayeva, Mirvari Qəzənfərli, Turac Musayev çıxış edərək, bildiriblər ki, bu kitab çox anlaşıqlı formada yazılıb, mövzuların ardıcıllığı qorunub, bütün mövzular iqtisadi problemlər əsasında izah edilərək, sistematik, yetərincə praktik məsələlərlə zəngin və bütün dünyada aparıcı universitetlərdə tədris prosesində çox geniş istifadə olunan əsas dərsliklərdən biridir.

Tədbirdə maraqlı təhlil və müzakirələr kitabın Biznes və İqtisadiyyat üçün statistika fənni üzrə əsas dərslik kimi qəbul edilməsi vurğulanıb. Azərbaycan dilində terminoloji fərqlilikləri nəzərə alaraq, Azərbaycan bölməsinin müəllimlərinə Statistika üzrə xüsusi elmi lüğətdən istifadə etmələri tövsiyə edilib. Bu kitab əsas dərslik kimi istifadə olunsa da, sullabus, mühazirələrin, praktiki məsələlərin tərtibatında Statistika fənni üzrə digər kitablardan da faydalamaq məsləhət görülüb.

TOP XƏBƏRLƏR