A

UNEC-in Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “konfransı keçirilib.

Konfransda Ulu Öndər Heydər Əliyevin və Vətən yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan konfransın təşkilat və elm komitəsi sədri, fakültə dekanı dosent Elçin Səmədov son dövrlərdə baş vermiş iqlim dəyişiklikləri və ekoloji problemlərin özünü qabarıq şəkildə büruzə verməsi bütün dünyanı ciddi şəkildə narahat etdiyini bildirib. E.Səmədov bu proseslərin baş verə biləcək fəsadlarının qarşısının alınması istiqamətində zəruri və təcili addımları atmağa sövq edən çağırışlar olduğunu və bugünki konfransın müəyyən qədər də olsa ümumi məqsədə çatmağımıza, müasir çağırışları qarşılaya biləcək kadrların yetişdirilməsində öz töhfəsini verəcəyini qeyd edib.

Fakültənin Tələbə Elmi Cəmiyyətinin rəhbəri Afət Cəfərova Mühəndislik fakültəsində tədris ili ərzində “Gənc mühəndis” elmi dərnəyinin yığıncaqları və dəyirmi masaların keçirildiyini, tələbə konfransında cari tədris ilində  tələbələr tərəfindən aparılan  elmi araşdırmaların təqdim olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Konfransın plenar iclasında iştirak edən Ekologiya və təbii sərvətlər nazirliyinin sektor müdiri Fəridə Ələkbərova “Yaşıl inkişaf və təmiz ətraf mühit” və “Təmiz şəhər” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov “Bərk məişət tullantılarının idarə edilməsində müasir yanaşmalar, “yaşıl düşüncə”, “yaşıl davranış” və təkrar emal imkanları” mövzusunda çıxış ediblər.

Konfransda panel iclaslarında fakültənin müxtəlif ixtisaslar üzrə tələbələri təqdimatları ilə çıxış ediblər. Tələbələr işğaldan azad olunmuş ərazilərdə yaşıl enerjidən istifadənin əhəmiyyəti, Qarabağ zonasında coğrafi quruluşlara görə təbiətin dostu enerji mərkəzləri, Ağdamda çayların məcralarının dəyişdirilməsi nəticəsində yaranmış ekoloji terrorun analizi, BMT-nin ətraf mühit proqramı çərçivəsində Azərbaycanın münaqişədən təsirlənmiş ərazilərinin  qiymətləndirilməsi, İqlim dəyişmələri fonunda Kioto protokolunun mahiyyəti və Azərbaycan üçün təsirləri, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin potensialının öyrənilməsi, sənayedə alternativ enerji mənbələrinin növləri, AgroTech, Ekoqida, məhsullarda qida əlavəsi, süd məhsulları, onların analizi və bizə təsiri, işğaldan azad olunmuş torpaqlarda sənayenin dirçəlişinə mühəndis baxışı, həmin ərazilərdə idarəetmə ekopanelləri və s. sahələrdə apardıqları tədqiqat işlərinin nəticələrini təqdim ediblər.

Sonda fərqlənən tələbələrə diplom və sertifikatlar, konfransın təşkilatçılarına isə təşəkkürnamələr təqdim edilib.

TOP XƏBƏRLƏR