A

UNEC EFTİED - Elmi fəaliyyətin təşkili şöbəsinin böyük mütəxəssisi Ülviyyə Məmmədovanın " Qadınların Azərbaycan əmək bazarına inteqrasiyası: Hərtərəfli təhlil" adlı elmi məqaləsi Macarıstanın Dunaújváros Universitetinin Dunakavics Scientific Bulletinin iyun sayında dərc olunub.

Məqalədə qadınların əmək bazarında tam iştirakına mane olan çoxşaxəli maneələrə, o cümlədən sosial-mədəni normalarla bağlı problemlərə toxunulur.  Eyni zamanda, inklüziv iqtisadi artım və inkişafı təşviq etmək vasitəsi kimi əmək bazarında gender bərabərliyinin gücləndirilməsinin, Avropa İttifaqı kimi beynəlxalq təşkilatların dəstəyi ilə mədəni və struktur maneələri aradan qaldırmaq üçün müvafiq strategiyaların hazırlanmasının vacibliyini vurğulayır.

http://dunakavics.uniduna.hu/

Dunakavics Scientific Bulleteni (iyun)

TOP XƏBƏRLƏR