UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu (İAETİ) 2024-cü ilin aprel ayından başlayaraq, rüblük İnformasiya-Analitik Bülleteninin nəşrinə start verib.
Bülletenin aprel-iyun aylarını əhatə edən ilk buraxılışında Azərbaycanın yeni inkişaf dövrü, Almaniyanın müasir elm siyasətinin əsas xüsusiyyətləri, Azərbaycanın dünya statistikasındakı sosial-iqtisadi profili, 2023-cü ilin iqtisadi yekunlarına dair dünya mediasından seçmələr, dünya şəhərləri üzrə yaşayış xərcləri indeksi və digər mövzularda elmi araşdırmalar və statistik məlumatlar oxuculara təqdim olunur.