Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru və professor-qadın, dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim Aida İmanquliyevanın 85 illiyi münasibətilə UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentində (ÜFTTD) elmi seminar keçirilb.
Tədbirdə ÜFTTD-nin direktoru dos. Gülnarə Rzayeva, dosentlər Çinarə Qəhrəmanova və Samirə Əhmədova çıxış edərək, görkəmli alim Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışıblar. Aida xanımın müasir ərəb ədəbiyyatının ən nüfuzlu tədqiqatçılarından biri kimi şərqşünaslıq elminə adını əbədi yazdıran azsaylı alimlərdən olduğunu diqqətə çatdırıblar.
Tədbirdən sonra ÜFTTD-nin kollektivi II Fəxri xiyabanda Aida İmanquliyevanın məzarını ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad ediblər