A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə İşləri Mərkəzinin əməkdaşı Nailə Hüseynovanın dissertasiya işi ProQuest platformasına daxil edilib.

Dissertasiya işində modanın cəmiyyətdəki sosial rolu dərinləşdirilərək araşdırılıb. Həmçinin, modanın insanların həyat tərzini, sosial əlaqələrini və psixoloji vəziyyətlərini necə formalaşdırdığı geniş şəkildə təhlil olunub. N.Hüseynova dissertasiyasında dəbin yalnız estetik bir anlayış olmadığını, modanın həm də sosial fenomen olaraq, cəmiyyətdəki müxtəlif təbəqələr arasında fərqliliklər yaratdığını, sosial statusu göstərdiyini və insanların psixoloji vəziyyətlərinə təsirini araşdırıb. Tədqiqat işi müasir dövrdə modanın yalnız estetik baxımdan deyil, həm də sosial və mədəni sahədə mühüm bir rol oynadığını ortaya qoyub.

TOP XƏBƏRLƏR