A

UNEC-in Zaqatala filialında maliyyə sahəsinə həsr olunan “Dəyişən dünyada maliyyə texnologiyaları” adlı elmi seminar keçirilib.

Elmi seminarda filialın "İqtisadiyyat və idarəetmə" bölməsinin müəllimləri Rəşad Əlisultanov, Elxan Bodurov və Nəsrulla Həsrətov maliyyə texnologiyaları və dayanıqlı maliyyə prosesləri haqqında çıxış ediblər.

Seminarda regionda fəaliyyət göstərən dövlət müəssisələri Zaqatala rayonu üzrə Maliyyə Şöbəsi, DSMF-nin 3 №-li Şəki-Zaqatala filialı, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzi və Xalqbank, Kapital bank, Viator Mikrokredit Azərbaycan təşkilatı nümayəndələr iştirak ediblər.

Elmi seminar “Dövlət müəssisələrində maliyyə-mühasibatlıq sahəsində maliyyə texnologiyalarının tətbiqi”, “Banklarda və özəl şirkətlərdə maliyyə texnologiyaları ilə bağlı müasir trendlər” adlı panellərlə davam edib.

Filialın müəllimi Məhəmməd Muxtarov elmi seminarda Fintech və ənənənəvi bankçılığın yaratdığı rəqabət mühiti, sənəd dövriyyəsində rəqəmsal alətlər, yaranan müasir problemlər, süni intellektin dəyişdiyi dəyərlər və müasir bankçılıqda kibertəhlükəsizlik haqqında ətraflı məlumat verib.

Tədbirin sonunda UNEC-in Zaqatala filialının direktoru dosent Raqif Qasımov çıxış edərək, ATM-lərin müasir dövrdə qarşısında duran hədəflərin dövlət və özəl sektorla uyğunlaşdırılmasının labüdlüyünü vurğulayıb, seminarın nəticələrindən ibarət təkliflərin müvafiq idarə və müəssisələrə göndərilməsinin uyğun olduğunu qeyd edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay