UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində "Ali təhsil və elm ocaqlarında insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi" mövzusunda seminar təşkil olunub.
Seminarda “İqtisadiyyat” kafedrasının baş müəllimi Aytən İbadova çıxış edərək, bu sahənin aktual məsələlərinə toxunub. O, ali təhsil müəssisələrində insan hüquqları və azadlıqları üzrə elmi-tədqiqat işlərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə multidissiplinar yanaşmanın və beynəlxalq təcrübənin öyrənilməsinin, eləcə də tədris metodik vəsaitlərində yeniliklərin tətbiq edilməsinin zəruriliyini qeyd edib. Məruzəçi dərs prosesində insan hüquqları ilə bağlı məhkəmə keyslərinin tətbiqinə dair təkliflər də irəli sürüb.
Seminar iştirakçıları mövzu ilə bağlı müzakirələr apararaq, bu sahədə atılacaq növbəti addımlar barədə fikir mübadiləsi ediblər.