Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qrant layihələrinin yazılması və idarə olunması üzrə təlimlərə başlanılıb.
Təlimlər UNEC-in elan etdiyi III Daxili Qrant Müsabiqəsi çərçivəsində keçirilir.
Bu təşəbbüs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in reallaşdırılmasına tədqiqatçıların töhfəsini stimullaşdırmaq məqsədi daşıyır.
Təlimin əsas məruzəçisi UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Fərrux Məmmədov olub. O, iştirakçılarla uğurlu qrant layihələrinin əsas meyarları, layihə ideyasının düzgün formalaşdırılması, məqsəd və gözlənilən nəticələrin ifadə olunması, eləcə də komanda işinin və layihə idarəçiliyinin inkişafı barədə ətraflı fikir mübadiləsi aparıb.
Təlimlər zamanı iştirakçılara elmi layihələrin hazırlanması, qrant proqramlarına müraciət qaydaları, layihələrin effektiv idarə olunması və hesabatlılıq məsələləri ilə bağlı ətraflı məlumat verilib.