A

UNEC-in Elmmetrika şöbəsinin təşkilatçılığı ilə AVESİS sisteminin tətbiqində UNEC kitabxanasının roluna həsr olunmuş növbəti görüş keçirilib.

Görüşdə ABİS Texnoloji Texniki Rəhbəri Burak Sarıca, Elmmetrika şöbəsinin müdiri Şəfa Əlizadə, KİM direktoru Adilə Abdullayeva, Rəqəmsal texnologiyalar departamentinin direktoru Zaur Əziz, Clarivate şirkətinin Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov iştirak edib.

Görüşdə əsasən AVESİS sisteminin “Data managment module” idarəetmə paneli, oradakı məlumatların təhlili, kitabxana verilənlərinin bu sistemə inteqrasiya olunması, UNEC-in tezis və dissertasiyalarının sistemə əlavə olunması ilə bağlı müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq, kitabxananın məzmun zənginliyini və informasiya potensialını göstəricilərindən biri olan tezis və dissertasiya kolleksiyasının AVESİS sistemi tərəfindən qurulmasına dair qərar verilib.

TOP XƏBƏRLƏR