A

12 may 2025-ci il tarixində İstanbulda təşkil edilən 61-ci kitabxana həftəsi çərçivəsində "Türk dünyası kütüphaneleri" başlığı altında onlayn tədbir keçirilib.

Tədbirdə UNEC-in Kitabxana-İnformasiya Mərkəzinin direktoru tar.ü.f.d. Adilə Abdullayeva "Türk dünyasında kütüphaneler-Azərbaycan Dövlət İqtisad Universitetinin nümunəsində" mövzusunda çıxış edib.

Çıxış zamanı bu il 95 illik yubileyini qeyd edən UNEC-in Kitabxana-İnformasiya Mərkəzinin əsas fəaliyyət istiqamətləri, abunə olduğu beynəlxalq elmi bazalar, rəqəmsal kitabxana resursları, mərkəzin yerli və beynəlxalq əməkdaşlığı, reallaşdırdığı layihələr barədə tədbir iştirakçılarına məlumat verib.

Çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb və İstanbul Universitetinin "Bilgi ve Belge Yönetimi" bölməsinin tələbələrinin UNEC-in Türkiyə kitabxanaları ilə bağlı əməkdaşlığına dair sualları cavablandırılıb.

Sonda tələbələrə gələcək karyera planlamasında faydalı ola biləcək təklif və tövsiyələr verilib.

Tədbirdə həmçinin Qazaxıstan Milli Akademik kitabxanasının mütəxəssisi Şıngıs Begimtayev, Qırğızıstan-Türkiye Manas Universiteti Kitabxanasının direktoru Maksatbek İnakbekov, Türk Dünyası Kitabxanaçılar Vəqfinin rəhbəri Ali Odabaş maraqlı çıxışlar ediblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay