16-17 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin təşkilatçılığı ilə “Ortaq Gələcək: Sosial-İqtisadi İnnovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisad konfransı keçiriləcək.
Konfransın məqsədi Türk Dünyası ölkələrinin sosial-iqtisadi inkişafında qarşılıqlı əməkdaşlığı artırmaq, yeni iqtisadi yanaşmaları və sosial innovasiyaları müzakirə etmək, eləcə də Türk Dünyası arasında təcrübə mübadiləsini gücləndirməkdir.
Tədbirin açılış mərasimində UNEC-in rektoru professor Ədalət Muradov, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Bürol Akgün, Böyük Millət Məclisinin millət vəkili İlyas Topsakal, Türk Dünyası Araşdırmalar Vəqfi (TDAV) sədri Közhan Yazgan və Özbəkistanın universitetinin rektoru Curatbek Atacanov çıxış edəcəklər.
Konfransın panel iclaslarında “Türk Dünyasında dayanıqlı və yaşıl iqtisadiyyatın yeni dövrü”, “İnformasiyanın idarəedilməsi və süni intellekt”, “Gənclər və iqtisadi inkişaf: yeni nəsil sahibkarliq və startaplar” mövzuları müzakirə olunacaq.
Tədbirdə müxtəlif ölkələri təmsil edən alimlər, tədqiqatçılar, biznes nümayəndələri bilik və təcrübə mübadiləsi aparacaqlar.