A

UNEC-in Kitabxana-İnformasiya Mərkəzi və UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin birgə təşkilatçılığı ilə təhsilalanlar və əməkdaşlar üçün “Elektron resurslardan istifadə bacarıqlarının artırılması” mövzusunda təlim keçirilib.

UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva universitetdə keyfiyyətli mütəxəssis hazırlığı məqsədilə tədris prosesində istifadə edilən rəqəmsal alətlər, Mərkəzin beynəlxalq və yerli tərəfdaşlarla səmərəli əlaqələri, təhsilalanlar və elmi-pedaqoji heyətin sənəd-informasiya resursları ilə təminat səviyyəsinin davamlı yüksəldilməsi üçün oxuculara təqdim olunan xidmətlər, o cümlədən, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün yaradılan istifadə imkanları haqqında ətraflı məlumat verib. A.Abdullayeva, UNEC-in 24/7 kitabxanasının tələbələr üçün təmin etdiyi üstünlüklər, bütün tədris binalarında yerləşən kitabxanaların oxucu yönümlü fəaliyyəti və müxtəlif resurslardan istifadə qaydaları barədə təqdimat edib.

Kitabxana-İnformasiya Mərkəzinin müdir müavini, “Biznesin idarə edilməsi” kafedrasının müəllimi və “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri Yusif Musayev son illərdə UNEC tələbələrinin qazandığı uğurlarda və məzunların yüksək məşğulluq göstəricilərində keyfiyyətli mütəxəssis hazırlığı ilə yanaşı, onların təhsil aldıqları mühitin də böyük rol oynadığını bildirib. Y.Musayev elektron kataloq və elektron kataloqda axtarış qaydaları, UNEC-in abunə olduğu bir sıra elmi bazalarda tam mətnlərin əldə edilməsi üsullarını və kollec tələbələrinin faydalana biləcəyi açıq məlumat bazalarını əyani nümayiş etdirib.

İnteraktiv formada keçirilən təlim zamanı əməkdaş və tələbələri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay