A

UNEC-də İnklüziv təhsil mərkəzinin 10 illiyi ilə əlaqədar UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova tərəfindən “İnklüziv Ali Təhsil” adlı müəllimlər üçün nəzərdə tutulan kitabın təqdimatı keçirilib.

Kitabda əlilliyin növləri, yanaşmaları, tədris prosesində diqqət ediləcək məqamlar, həmçinin əlilliyi olan tələbələrin psixoloji xüsusiyyətləri kimi mövzular yer alıb.

Tədbirdə Tələbələrlə iş üzrə prorektor dos.Səadət Qəndilova, Elm fəaliyyətinin təşkili və idarə edilməsi departamentinin direktoru prof. Zahid Məmmədov öz çıxışlarında köməkçi vəsaitin ali təhsil müəllimləri üçün faydalı olacağını bildiriblər.

Tədbirə Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin dosenti, Rusiya Elm və Təhsil Nazirliyinin İctimai Şurasının üzvü, i.e.n. İnna Litviyenko ZOOM üzərindən qatılaraq, İqtisad Universitetində bu istiqamətdə görülən işləri təqdirəlayiq olduğunu, UNEC-in nəinki Azərbaycan ali məktəbləri arasında, həmçinin regionda, eləcə də postsovet məkanı universitetiəri içərisində öncüllərdən olduğunu bildirib. Xanım Litviyenko Mərkəzin bundan sonrakı fəaliyyətinə uğurlar diləyib.

Sevinc Məhsimova Mərkəzin fəaliyyətində, həmçinin kitabın ərsəyə gəlməsində Türkiyə Global Əngəllilər Vəqfinin prezidenti Necdet Öztürkün məsləhətlərindən bəhrələndiyini vurğulayaraq, onun təbrik və arzularını iştirakçılara çatdırıb.  

Sonda UNEC müəllim-tyutor heyətinə keçirilən “Müasir inklüziv təhsil metodları” adlı təlimdə müvəffəqiyyət sertifikatları təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay