Efiopiya vətəndaşı olan Abebe Gule Girma Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dissertasiya Şurasında “Ümumi iqtisadiyyat” ixtisası üzrə doktorluq dissertasiyasını uğurla müdafiə edib.
A.G.Girmanın tədqiqat işi “The financial sector development and its impact on economic growth in African countries” (“Afrika ölkələrində maliyyə sektorunun inkişafının iqtisadi artıma təsiri”) mövzusunda olub. O, tədqiqatında Afrika ölkələrində maliyyə sektorunun inkişaf dinamikası və bu inkişafın iqtisadi artıma təsirini elmi təhlillərlə araşdırıb.
Abebe Gule Girma hazırda Efiopiyanın Woldia Universitetində müəllim kimi fəaliyyət göstərir.
Qeyd edək ki, A.G.Girma UNEC-in Dissertasiya Şurasında doktorluq işini uğurla müdafiə edən ikinci efiopiyalı tədqiqatçıdır.