Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə İşləri Mərkəzinin Tələbə şöbəsinin böyük mütəxəssisi, dizayn üzrə tədqiqatçı Nailə Hüseynovanın həmmüəllifi olduğu elmi məqalə Birləşmiş Krallığın InterConf Elmi Nəşriyyat Mərkəzi tərəfindən X Beynəlxalq Elmi-Praktik Konfransın materiallarında nəşr olunub.
UNEC əməkdaşının həmmüəllifi olduğu “Həyat qurtaran dizayn: Tibb alətlərində formanın funksiyaya xidmət etməsi” adlı məqalədə tibbi alətlərin dizayn inkişafı, tarixi mərhələləri və funksional ehtiyaclara uyğun transformasiyası ətraflı şəkildə təhlil olunub. Eyni zamanda dizaynın yalnız texniki və estetik yanaşma olmadığı, klinik təhlükəsizlik və pasiyent rifahı baxımından strateji əhəmiyyət daşıdığını vurğulanıb.
Məqalədə minimal invaziv və robotik cərrahiyyə sistemlərində forma-funksiya əlaqəsi, erqonomikanın və material seçiminin alətlərin təhlükəsizliyi və istifadədə rahatlığına təsiri xüsusi diqqətə çəkilir. Tibbi alətlərin istehsalında etik və ekoloji prinsiplərin tətbiqi geniş təhlil edilib.