A

UNEC-in Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva Bakı Dövlət Universitetində (BDU) “Rəqəmsal əsrdə universitet kitabxanaları: beynəlxalq resurslar və repozitoriyalar” adlı seminarda çıxış edib.

Elmi Kitabxananın metodik fəaliyyəti və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) illik hesabatına həsr olunmuş “Rəqəmsal əsrdə universitet kitabxanaları: beynəlxalq resurslar və repozitoriyalar” mövzusunda keçirilən seminarda ölkənin bir sıra region ali təhsil müəssisələri və dövlət qurumlarının kitabxana rəhbərləri də daxil olmaqla 80-dən çox əməkdaş iştirak edib.

UNEC-in Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva məruzəsində Azərbaycanın aparıcı universitetlərinin elmi jurnallarının EBSCO məlumat bazasına daxil edilməsi mərhələləri və bu istiqamətdə əldə edilmiş uğurlu nəticələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, Azərbaycanın EIFL.net beynəlxalq kitabxana konsorsiumunun müəllif hüquqları üzrə kordinatoru kimi hesabat dövrü ərzində gördüyü işlərdən, xüsusən də Azərbaycan Respublikasının beynəlxalq Mərakeş Müqaviləsinə qoşulması və ölkədə dərc olunmuş əsərlərin görmə məhdudiyyəti olan və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair müqavilənin tətbiqi mexanizmləri, mövcud vəziyyət və problemlərdən bəhs edib.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay