A

Azərbaycanın beynəlxalq nüfuzunun artırılması və həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılmaqdadır.

Bu məqsədlə müxtəlif informasiya resurslarının, o cümlədən “Vikipediya” Elektron Ensiklopediyasının imkanlarından geniş istifadə olunur.

Azərbaycan haqqında məlumatların müxtəlif dillərdə Vikipediya platformasında ardıcıl şəkildə yenilənməsi və zənginləşdirilməsi məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən ali təhsil müəssisələrinin seçilmiş əməkdaşları üçün təlimlər təşkil olunub. Bu təlimlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı, UNEC Kitabxana-İnformasiya Mərkəzinin 4 saylı kitabxanasının şöbə müdiri Səidə Rzayeva da iştirak edib.

Səidə Rzayeva təlimi uğurla başa vuraraq “Vikipediya”nın Azərbaycan dili bölməsinin zənginləşdirilməsinə verdiyi töhfələrə görə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən Sertifikatla təltif olunub.

Bu nailiyyət münasibətilə Səidə xanımı təbrik edir, ona gələcək fəaliyyətində də uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay