A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində əməkdaşların rəqəmsal savadlılığının artırılması məqsədilə təlim keçirilib

Təlimi israilli təlimçilərdən “Rəqəmsal Bacarıqlar–TOT” proqramının sertifikatını əldə etmiş “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müəllimi Rezai Vəhid Sonay aparıb.

Məşğələlərdə müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda əməkdaşların yeni bilik və bacarıqlar qazanmasının, gündəlik işdə rəqəmsal alətlərdən səmərəli istifadəsinin vacibliyi vurğulanıb. İştirakçılara rəqəmsal təhlükəsizlik, onlayn resurslardan istifadə, bulud texnologiyaları, məlumatların idarə olunması, elektron xidmətlər, rəqəmsal kommunikasiya bacarıqları və süni intellektin tətbiqi ilə bağlı ətraflı məlumat verilib.

Təlim həm nəzəri bilikləri, həm də praktiki məşğələləri əhatə edib. İştirakçılar interaktiv tapşırıqlar üzərində işləyərək yeni texnologiyaların gündəlik fəaliyyətə tətbiqi üzrə real nümunələrlə tanış olublar.

Fakültə dekanı, dosent Elman Cəfərov bu kimi təlimlərin UNEC-in rəqəmsal transformasiya strategiyasının mühüm hissəsini təşkil etdiyini və əməkdaşların peşəkar inkişafına, onların fəaliyyətinin səmərəliliyinin daha da artırılmasına xidmət etdiyini bildirib. O, UNEC-də rəqəmsal bacarıqların artırılmasına yönəlmiş təşəbbüslərin davamlı şəkildə həyata keçiriləcəyini diqqətə çatdırıb.

TOP XƏBƏRLƏR