A

UNEC-in Mühəndislik fakültəsinin və “Laboratoriyaların işinin təşkili mərkəzi”nin birgə təşkilatçılığı ilə professor-müəllim heyəti və tələbələrin iştirakı ilə elmi seminar keçirilib.

Seminarda Bakı Dövlət Universitetinin “Coğrafi-ekologiya” kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Məhluqə Yusifova “Urbanizasiya və şəhərlərin ekologiyası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə urbanizasiya prosesinin müasir şəhər mühitinə təsiri, ekoloji problemlərin yaranma səbəbləri, ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər və davamlı şəhər inkişafının əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Aktual mövzuya həsr olunan seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Elmi seminar müzakirələr və məhsuldar diskussiya şəraitində davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay