“Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair Tədbirlər Planı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlərin icrası çərçivəsində UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin təşkilatçılığı ilə 07–08 may 2026-cı il tarixlərində keçirilən “Ortaq Gələcək Sosial-İqtisadi İnnovasiyalar” mövzusunda II Beynəlxalq Türk Dünyası İqtisad Konfransı çərçivəsində xüsusi tematik panel təşkil olunub.
Konfrans proqramında Panel 2 olaraq “Birinci Türkoloji Qurultayın dərsləri və türkologiyanın müasir vəzifələri” mövzusu müzakirə edilib. Panelin əsas məqsədi Birinci Türkoloji Qurultayın zəngin elmi irsinin yenidən təhlili, onun türkologiya elminin inkişafındakı rolu və müasir dövrdə qarşıda duran vəzifələrin elmi müstəvidə müzakirəsi olub.
Müzakirələr zamanı Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, müasir türkologiya elminə təsiri, ortaq türk tarixi, dili və mədəniyyətinin öyrənilməsində yeni metodoloji yanaşmalar, eləcə də gələcək perspektivlər ətraflı təhlil edilib.
Panelin moderatoru Türkiyə Respublikası Hacı Bayram Vəli Universitetinin müəllimi Prof. Dr. Hayati Beşirli olub.
Paneldə aşağıdakı alimlər spiker qismində çıxış etmişlər:
Prof. Dr. Nezir Temur – Türkiyə Respublikası Qazi Universiteti (TÖMER) müdiri, DÖDAK İdarə Heyətinin sədri;
Dos. Dr. Nurlana Qasımlı – Bakı Slavyan Universiteti Balkan Araşdırmaları Bölümünün rəhbəri;
Prof. Dr. Nasrullah Uzman – Türkiyə Respublikası Hacı Bayram Vəli Universitetinin professoru.
Panel iştirakçıları tərəfindən türkologiyanın müasir inkişaf istiqamətləri, ortaq elmi əməkdaşlıq imkanları və türk dünyasının elmi-mədəni inteqrasiyası ilə bağlı geniş fikir mübadiləsi aparılıb.