A

UNEC-də ənənəvi “Elm aylığı” davam edir.

“Elm aylığı” çərçivəsində növbəti tədbir UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində “Elmin insan inkişafında rolu” mövzusunda olub. Kollecin direktoru, dosent 

Oruc Məmmədov “Elm aylığı”nın ənənə halını almasının müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etmək, onlarda elmi-tədqiqat işlərinə marağı artırmaq baxımından əhəmiyyətini vurğulayıb.

Elm və təhsilin vəhdətindən danışan UNEC rektorunun kollec üzrə məsləhətçisi, professor Nuru Mikayılov bildirib ki, ölkədə elm və təhsil infrastrukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının zənginləşdirilməsi və müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu proseslərin mərkəzində məhz universitetlərin dayandığını diqqətə çatdıran N.Mikayılov həmin ali təhsil ocaqlarının yüksək ixtisaslı kadrlar yetişdirməklə yanaşı, fundamental tədqiqatlar aparan, bilik iqtisadiyyatının təməlini təşkil edən qurum olduqlarını qeyd edib.

Tədbirdə UNEC-in “Mühasibat uçotu və audit” kafedrasının professoru Cəmilə Namazova “İnsan resursları və onun idarəedilməsi” mövzusunda geniş məruzə ilə çıxış edib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR