×

Предупреждение

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Не удаётся удалить каталог. Путь: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Bilik iqtisadiyyatı: problemlər və perspektivlər” mövzusunda tələbə elmi konfransı keçirilib.

Konfransda ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açaraq, ümummilli liderin xalqın tərəqqisi və inkişafı istiqamətində müstəsna xidmətlərindən bəhs edib. Görkəmli dövlət xadiminin respublikaya rəhbərliyi dövründə iqtisadiyyat, elm, təhsil, səhiyyə və digər sahələrdə çox mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdıran prorektor ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gəncinin xaricdə ali təhsil alaraq, respublikamıza bacarıqlı mütəxəssislər kimi mühüm töhfələr verdiklərini bildirib.

“Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, professor Tofiq Quliyev “İqtisad elmi və iqtisadiyyat” mövzusunda çıxış edib. O, ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanın iqtisadi inkişafındakı yüksəlişlərdən danışıb. Ulu öndər Heydər Əliyevin dövlətimizə, xalqımıza olan böyük məhəbbətindən söz açan UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova bu dahi şəxsiyyətin elm və təhsilin inkişafında göstərdiyi mühüm xidmətlərindən bəhs edib.

Konfransda “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti Elşad Səmədzadə “İqtisad elminin Azərbaycanın inkişaf strategiyasında rolu”, UNEC TEC-in elmi məsləhətçisi Emin Qəribli “Tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb olunması müasir tədris sisteminin komponenti kimi”, TEC-in sədri Aslan Əzimzadə “UNEC Tələbə Elmi Cəmiyyətinin bu günü” ilə bağlı mövzularla çıxış ediblər.

Konfrans öz işini 8 bölmə iclasında davam etdirib. Sonda hesabatlar dinlənilib, iştirakçılara sertifikatlar təqdim olunub. 

TOP XƏBƏRLƏR