A

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunda (İAETİ) Nazirlər Kabinetinin 2018-ci ilin ilk 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrə həsr olunan elmi seminar keçirilib.

Seminarda İAETİ-nin direktoru, professor Yadulla Həsənli 2018-ci ilin birinci yarımilliyi ərzində ölkənin sosial-iqtisadi inkişafının qısa şərhini verib. İAETİ-nin böyük elmi işçisi, dosent Elman İbişov ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM-də və qeyri-neft sektorundakı artım faizi açıqlayıb, o cümlədən xarici ölkələrlə ixrac və idxal əməliyyatları nəticəsində müsbət ticarət saldosunun yarandığını qeyd edib. Məruzəçi həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində əhalinin gəlirlərinin artım tempinin inflyasiyanı 6,3 faiz üstələdiyinə diqqət çəkərək, ölkənin valyuta ehtiyatlarının 44.3 milyard dollara çatdığını bildirib.

E.İbişov iqtisadiyyatın ayrı-ayrı sahələrində baş verən dəyişiklərin ölkənin sosial iqtisadi inkişafına verə biləcəyi töhfələrdən də bəhs edib. O, ölkədə qeyri- neft sektorunun inkişafını, ixrac potensialını artırmaq məqsədi ilə rəqabətqabliyyətli məhsulların istehsalını təmin etmək  üçün transmilli korporasiyalarla əməkdaşlığın vacibliyini vurğulayıb.

Seminar müzakirələrlə davam edib.

 

TOP XƏBƏRLƏR