×

Предупреждение

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Не удалось удалить index.html


A

UNEC-in “İqtisadi nəzəriyyə” kafedrasının müdiri, professor Əlican Babayev Moskva şəhərində “Rusiya mittelşpil: iqtisadiyyat, texnogenez, geostrategiya” mövzusuna həsr olunmuş konfransın plenar iclasında “Qlobal çağırışlar konteksındə iqtisad elmlərinin təsnifatı və iqtisadi nəzəriyyənin tədrisi” adlı məruzə ilə çıxış edib.

Tədbir Moskva Dövlət Universitetinin İctimai elmlər mərkəzinin Elmi Şurasının və İqtisadiyyat fakültəsinin “Təsərrüfat fəlsəfəsi” laboratoriyası tərəfindən təşkil edilmişdi. 

Konfransın işində Rusiya, Azərbaycan, Qazağıstan,  Belarus, Polşa, Çin və Ukraynadan olan 150-dən artıq nümayəndə iştirak etmişdir.

TOP XƏBƏRLƏR