A

UNEC-in İqtisadiyyat fakültəsində Azərbaycanın dünya bazarına ixrac istiqamətlərinə həsr edilmiş tədbir keçirilmişdir.

Elmi seminarın açılışında fakültənin dekan müavini dosent E.Eyvazov çıxış etmişdir.

Seminarda “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti Müzəffər Məmmədov “Dünya bazarında Azərbaycanın ixrac istiqamətlərinin qiymətləndirilməsi” mövzusunda çıxış etdi. Mövzuda dünya ticarətində baş verən meyllər, Azərbaycanın dünya bazarında mövqeyi, xarici ticarətinin vəziyyəti, Azərbaycanın ixrac kvotası, ixracının coğrafi, iqtisadi inteqrasiya birlikləri, əmtəə strukturu, dünya ölkələri üzrə Azərbaycanın mövcud ixrac istiqamətləri, 2030-cu ilə qədər ölkələr üzrə Azərbaycanın ixrac istiqamətlərinin təklif edilən proqnozu verilir, Azərbaycandan məhsul ixracının artırılması üzrə əsas hədəflər və ixrac istiqamətləri barədə geniş məlumat çatdırıldı.

Çıxışdan sonra “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, prof. M.Əhmədov, “Beynəlxalq iqtisadiyyat” kafedrasının müdiri, prof. İ.Kərimov və “Müəssisənin iqtisadiyyatı” kafedrasının dosenti A.Mehtiyev və başqaları mövzunun aktuallığını qeyd edərək, bu sahədə son zamanlar dövlətin həyata keçirdiyi tədbirlər haqqında öz fikirlərini bildirdilər.

TOP XƏBƏRLƏR