×

Предупреждение

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Не удаётся удалить каталог. Путь: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-in Biznes və menecment fakültəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə hərs olunan “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı: reallıqlar və perspektivlər” mövzusunda Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib.

Konfrans tələbələri sahibkarlıq fəaliyyətinin inkişafı ilə bağlı maarifləndirmək və onları səmərəli inkişaf istiqamətləri üzrə tədqiqatlarının aparılmasına cəlb etmək məqsədilə təşkil olunub.

Fakültə dekanı, dosent Mirağa Əhmədov müstəqil Azərbaycanın qurucusu olan Ulu öndər Heydər Əliyevin başlıca ideyalarından birinin də gəncləri savadlı və xoşbəxt görmək olduğunu bildirib. Gənclərə dərin  elmi biliyə yiyələnməklə, peşəkar iqtisadçı kadr kimi iqtisadiyyata öz tövhələrini verməli olduğunu diqqətə çatdıran M.Əhmədov bu istiqamətdə elmi tədqiqatların aparılmasının vacibliyindən danışıb. UNEC-də iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə tədqiqat mərkəzlərinin fəaliyyət göstərdiyini xatırladan dekan, tələbələrə həmin mərkəzlərdən yararlanmağı tövsiyə edib.

“Ticarət və gömrük işinin təşkili” kafedrasının müdiri, professor Arif Şəkərəliyev Ulu öndərin həyat və fəaliyyətinə qısa nəzər salaraq, onun Azərbaycanın iqtisadi inkişafındakı rolundan bəhs edib.

Konfransda iştirak edən Azərbaycan Universitetinin prorektoru, professor Yusif  Qasımov dünya ölkələrində tələbə və gənclərin elmi-tədqiqat işlərini aparmaq təcrübəsindən danışıb. Eyni zamanda təhsil-elm-sənaye modelinin Azərbaycanda inkişaf etdirilməsinin prioritet istiqamətlərini açıqlayıb.

“Riyaziyyat” kafedrasının müdiri, professor Natiq Əhmədov beynəlxalq ticarət və logistikanın iqtisad-riyazi modellərinin tətbiqinin respublika iqtisadiyyatının inkişafındakı tələbləri baxımından geniş izahını açıqlayıb. Gələcəkdə bu sahənin daha da genişləndirilməsi zəruriliyini vurğulayıb.

Konfransda II kurs tələbələri Tacir Tağızadə “Üçüncü nəsl universitetlər”, Aynur Hüseynova “Biznesin inkişafında rəqəmsal iqtisadiyatın yeri və rolu” mövzularında çıxış ediblər.

UNEC TEC sədri Nərmin Heydərova son dövrlər universitetdə tələbələrin elmi fəaliyyətinin daha da təkmilləşdirildiyini, tələbələrdə elmi-tədqiqatlara marağan daha artıdığını bildirib.

Çıxışlardan sonra konfransın fəal tələbələrinə sertifikatlar təqdim edilib.

Konfrans öz işini 6 bölmə üzrə 100-ə yaxın tələbənin məzurələri ilə davam edib.

TOP XƏBƏRLƏR