A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin Elmmetrika şöbəsinin təşkilatçılığı ilə Beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri (bazaları) haqqında təlim keçirilib.

Departamentin direktoru, professor Zahid Məmmədov tədqiqat universitetinə keçid istiqamətində UNEC-də aparılan islahatlardan danışıb. Təlimin bu istiqamətdə görülən işlərin tərkib hissəsi olduğunu bildirib.

Təlimdə Clarivate Analytics şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina jurnal, müəllif və məqalələrin elmmetrik göstəriciləri haqqında məlumat verib. Web of Science platformasına daxil olmaq üçün məqalələr qarşısında qoyulan tələbləri, elmi məqalələrin təqdimetmə qaydalarını, seçim meyarlarını, yırtıcı jurnallardan qorunmaq yollarını, elmi məhsuldarlıqla bağlı digər müəllif indentifaktorlarını açıqlayıb. Təlimçi müəlliflərin Publons https://publons.com/account/register/ qeydiyyatdan keçərək Researcher İD-də aktivləşdirilməsinin mümkünlüyünü də diqqətə çatdırıb. Bildirib ki, Publons müəllif haqqında bütün məlumatların bir yerdə toplanmasına və gələcəkdə rəyçi qismində ona müraciət olunmasına böyük imkanlar yaradır. Təlim iştirakçılarına H-index müəllif identifaktoru haqqında ətraflı məlumat verilib.

TOP XƏBƏRLƏR