×

Предупреждение

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Не удаётся удалить каталог. Путь: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-də Maliyyə və mühasibat fakültəsinin, SABAH Mərkəzinin  və Beynəlxalq İqtisadiyyat Məktəbinin birgə təşkilatçılığı ilə  Milli Mətbuatın 145 illik yubileyinə həsr olunmuş “Azərbaycan mətbuatının dünəni, bu günü və gələcəyi” mövzusunda  onlayn tədbir keçirilib.

Tədbirdə “Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli  əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatın tarixi, mətbuatın xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində rolu barədə söz açaraq, o vaxtdan  hazırkı dövrədək ötən illər ərzində müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatının daim cəmiyyətin proseslərə baxışını əks etdirməyi bacardığını qeyd edib.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu milli mətbuatın tarixi, xalqın milli özünüdərk prosesindəki rolu, keçdiyi yol, bu günü və gələcək inkişaf istiqamətləri barədə geniş çıxış edib. Qeyd olunub ki, müstəqilliyin ilk illərində Azərbaycan mediasının ölkə həqiqətlərini dünyaya çatdırması imkanları məhdud olsada, mətbuatın inkişafı üçün ölkəmizdə geniş imkanların yaradılması, hərtərəfli  dövlət dəstəyinin göstərilməsi  müstəqil, güclü mətbuatın formalaşmasına və onun daha da inkişafına əlverişli zəmin yaradıb. Bunun nəticəsində keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyan Azərbaycan mediası 44 günlük vətən savaşı dövründə milli maraqlarımızın qorunması və Azərbaycan həqiqətlərinin təbliğində əvəzsiz rol oynayıb.

SABAH Mərkəzinin rəhbəri, dosent Aida Quliyeva, “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti Zöhrab Paşayev milli mətbuatın keçdiyi şərəfli yol, onun bugünkü inkişafı, milli və bəşəri dəyərlərin təbliğində müstəsna rolundan danışıblar.

TOP XƏBƏRLƏR