A

UNEC-də “Elmi sorğunun keçirilmə metodologiyası və qaydaları” mövzusunda onlayn seminar keçirilib.

Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi  UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarın məqsədi tədqiqat işlərinə düzgün elmi metodların və qaydaların tətbiq edilməsi ilə bağlı təcrübəni bölüşmək və bu sahədə bilikləri artırmaq olub. Seminarda UNEC əməkdaşları ilə yanaşı, AMEA-nın, Bakı Dövlət Universitetinin, Azərbaycan Diplomatiya Akademiyasının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və digər ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib.

Seminarda çıxış edən UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin rəhbəri dos. Mənsur Bərxudarov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair” milli prioritetlərdən danışıb. Nəzərdə tutulan məqsədlərə nail olmaq istiqamətində Koqnitiv İqtisadiyyat mərkəzinin hədəflərindən bəhs edib.

Mərkəzin rəhbər müavini, ABŞ Auburn Universitetinin professor assistenti Samir Hüseynov mövzu ilə bağlı beynəxalq təcrübədən söz açıb, tədqiqat suallarının seçilməsi və uyğun statistik məlumatlar bazasının müəyyən edilməsi, elmi sorğunun komponentlərinin hazırlanması və hədəf qruplarına çatdırılması prosesinin elmi əsaslarını iştirakçıların nəzərinə çatdırıb.  Elmi sorğu zamanı hədəf respondent sayının müəyyən olunması, əhatəlilik və seqmentləşmə kimi xətaların aradan qaldırılması üçün statistik və metodoloji yanaşmalar seminarın əsas müzakirə mövzusu olub.

Seminarda UNEC Avropa İqtisadiyyatı Mərkəzinin rəhbəri, Almaniyanın Bohum Ruhr Universitetinin beynəlxalq inkişaf elmləri üzrə fəlsəfə doktoru Elxan Riçard Sadik-Zada UNEC Koqnitiv İqtisadiyyat Mərkəzi ilə birgə məqalə və layihələrin hazırlanması təklifi ilə çıxış edib.

UNEC-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova tədqiqat mərkəzləri arasında elmi və təcrübi əməkdaşlığın qurulmasının vacibliyindən danışıb, bu istiqamətdə təkliflərini açıqlayıb.

Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR