UNEC Qadınlar Şurasının və UNEC nəzdində Sosial İqtisadi Kollecin birgə təşkilatcılığı ilə “İlham Əliyevin prezidentlik fəaliyyəti ulu öndər Heydər Əliyevin siyasətinin təntənəsidir” mövzüsünda onlayn tədbir kecirilib.
Tədbiri giriş sözü ilə acan kollecin direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov ulu öndər Heydər Əliyevin siyasi məktəbinin varisi və davamçısı Prezident İlham Əliyevin siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsinin müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amillərdən olduğunu deyib. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun, sosial və iqtisadi inkişaf yolunun xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət etdiyini bildirib.
UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktor müavini, UNEC Qadınlar Şurasının sədri, dosent Təranə Kərimova cıxış edərək Prezident İlham Əliyevin siyasi fəaliyyətində ulu öndər Heydər Əliyevin əvəzsiz rolundan bəhs edib. Bildirib ki, Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar bir daha sübut etdi ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Prezident İlham Əliyev ümummilli liderin ideyalarını və qurub-yaratdıqlarını nəinki inkişaf etdirir, eyni zamanda, bu işləri müasir dövrün tələblərinə, xalqın maraqlarına uyğun yeni formada təkmilləşdirir və daha da inkişaf etdirir.
Tədbir məruzələrlə davam edib. UNEC-in Türk Dünyası İqtisad fakultəsinin dekan müavini Cəvahir Məmmədova, kollecin metodisti Sveta Behbudova ölkəmizin əldə etdiyi nailiyyətlərdən və uğurlardan danışıblar. Kollecin tərbiyə işləri üzrə direktor müavini Zaur Vəliyev “Müstəqil Azərbaycan yeni quruculuq mərhələsində”, kollecin “İqtisadiyyat” fənn birləşməsinin sədri Nazim Cahangirov “İlham Əliyevin neft strategiyası”, I Qarabağ müharibəsinin iştirakcısı, kollecin Qiyabi şöbəsinin müdiri Elxan Məmmədov “Şuşadan verlən mesaj: Bu əməliyyatlar dünya hərb elmində xüsusi yer tutacaq”, kollecin tyutoru Fidan Quliyeva “Azərbaycan turizm ölkəsinə cevrilir” mövzularında çıxış ediblər.
Sonra söz tələbələrə verilib. Leyla İbrahimzadənin “İlham Əliyev və Azərbaycan gəncliyi”, Ləman Niftəliyevanın “Prezident İlham Əliyevin 17 illik fəaliyyətinin Qarabağ Zəfərinə istiqamətlənməsi” mövzusunda çıxışları maraqla qarşılanıb. Kollecin II Qarabağ müharibəsində iştirak edən tələbələri İslam Orucov, Surxay Mahmudov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keçdikləri 44 döyüş yolundan danışaraq, qazanılan zəfərdən qurur hissi keçirdiklərini söyləyiblər.