Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) BMDM-nin təşəbbüsü ilə “Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyinin nümayəndələri, UNEC BMDM-nin rəhbərliyi və əməkdaşları, GDU-nin prorektoru, Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üçün yaşıl iqtisadiyyat sahəsində həyata keçirilən layihənin yerli əlaqələndiriciləri iştirak ediblər.
Görüşdə Prezident Administrasiyasının nümayəndəsi Elmar Məmmədov dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat sahəsində universitetlərin potensialının gücləndirilməsi, universitetlərdə bu sahədə insan kapitalının inkişafının və tədqiqatların aparılmasının təşviqi, milli maraqlara uyğun olaraq bu sahənin ölkəmizdə inkişafına töhfə verməsinin vacibliyindən danışıb.
Görüş zamanı UNEC BMDM-in təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi və Dayanıqlı İnkişaf” mövzusunda təşkil edilmiş magistr və doktorantların 3-cü Beynəlxalq Elmi Konfransı çərçivəsində “Yaşıl şəhərlər və yaşıl inkişaf perspektivləri” mövzusuna həsr olunan “workshop”un davamı və nəticəsi olaraq UNEC-də Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin təsis edilməsinin geniş imkanlar yaradacağı xüsusi vurğulanıb.