A

UNEC-də “Azərbaycanın müstəqillik dövründə tekstil və yüngül sənayedə dizayn sahəsinin inkişafı” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dizayn kafedrasının müdiri dos. Elfanə Qasımova Azərbaycan Respublikasının müstəqilliyin otuzuncu ildönümünə həsr olunan tədbiri açıq elan edərək, Dizayn sahəsinin ölkəmizdəki  inkişaf yolundan söhbət açıb.

Kafedranın baş müəllimi Şəhla Abdullayeva yüngül sənayenin inkişafının sürətləndirilməsi, məhsuldarlığın artırılması və xammal bazasının genişləndirilməsində dizaynın rolundan, müasir texnologiyaya əsaslanan investisiya layihələrinin həyata keçirilməsinin stimullaşdırılmasdan bəhs edib.

Sonra kafedranın müəllimi Nisəxanım Hüseynova müasir dövrdə vizual kommunikasiya, məhsul və ətraf mühitdə dizaynın istiqamətləri barədə ətraflı məlumat verib.

Qonaq qismində dəvət olunan Gilan Tekstil Parkın dizayneri, UNEC məzunu Pərvin Namazova tekstil sahəsinin Azərbaycandakı inkişafının sürətlənməsində və dünyada tanınmasında bir çox şirkətlərin əhəmiyyətli rolu haqqında danışıb.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR