A

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsi və UNEC Dizayn Məktəbinin təşkilatçılığı ilə “Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar emalı” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə fakültənin dekanı dos. Elman Cəfərov bərk məişət tullantılarının idarəedilməsi sahəsində maarifləndirmə işinin gücləndirilməsi istiqamətində gənclər arasında tullantıların çeşidlənməsi ilə bağlı təbliğat işinin aparılmasının əhəmiyyətindn danışıb.

Sonra Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının baş müəllimi Afaq Hacıyeva “Bərk məişət tullatılarının çeşidlənməsi və təkrar emalı ” mövzusunda təqdimatla çıxış edib. O, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, tullantıların növləri, yığılması, daşınması, yerləşdirilməsi və respublikamızın ərazisində yaranmış, həmçinin, zərərsizləşdirilmiş istehlak və istehsal tullantılarının məcmu və adambaşına düşən miqdarı barədə geniş məlumat verib.

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR