UNEC-in Rus iqtisad məktəbində İqtisadiyyat (rus dilində) kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə, müəllimlər və tələbələrin aktiv iştirakı ilə “Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması” mövzusunda elmi seminar keçirilib.
Tədbirin əsas məruzəçiləri dosent Sevinc Bayramova və müəllim Fikrət Xosrovlu qeyri-məşğulluğun səbəbləri, ümumdünya problemin aspektləri, onunla mübarizənin hüquqi və ictimai mexanizmləri barədə ətraflı məlumat veriblər. Çıxışlardan sonra tədbir müzakirələrlə davam edib.