İqtisadiyyat fakültəsində “Sistemdəki məlumatların mötəbərliyinin informasiya sistemi tərəfindən nəzarətdə saxlanılması və mütəmadi olaraq yoxlanılması imkanlarının təmin olunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, fakültənin dekan müavini dosent Müşrəvan Əliyev, fakültənin müəllim-tələbə heyəti iştirak edib. Tədbir “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” ilə müəyyən olunmuş tapşırıqların başa çatdırılması məqsədilə təsqdilənən tədbirlər planı çərçivəsində keçirilib.
Çıxış edənlər ölkədə informasiya ehtiyatlarının təkmilləşdirilməsi və təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıblar. Bu sahənin daim diqqət mərkəzində saxlanıldığını və yenilənməsi istiqamətində müvafiq addımların atıldığını bildiriblər. Həmiçinin ölkədə dövlət informasiya ehtiyatları və sistemlərində məlumat mübadiləsinin səmərəliliyini artırmaq və əhaliyə elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədilə yaradılan Elektron Hökumət İnformasiya Sistemindən danışıblar. Mövzu ilə bağlı İqtisadiyyat fakültəsinin dekan müavini, dosent Elşən Məmmədov, fakultənin katibi Pərviz Səmədov da çıxış ediblər.