×

Предупреждение

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Не удалось удалить index.html


A

UNEC-in İqtisadiyyat fakültəsində“İqtisadi sahədə elmi tədqiqatlar: mahiyyəti, əhəmiyyəti və aparılması üsulları” mövzusunda seminar keçirilib.

Tədbirdə fakültənin dekanı dos.Elçin Eyvazov çıxış edərək tələbələrin elmi fəaliyyətə cəlb edilməsinin UNEC-in tədqiqatyönümlü universitetə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olduğunu diqqətə çatdıraraq, elmi tədqiqatların fərdi inkişafa və düşüncə tərzinə müsbət təsirlərindən danışıb.

Seminarın məruzəçisi, Nəzəri və praktiki iqtisadiyyat kafedrasının dosenti Azər Mehtiyev elmi tədqiqatin mahiyyəti, əhəmiyyəti və növləri, elmi tədqiqat metodları və mərhələləri, tədqiqatın elmi aparatı, məlumatların toplanması və təhlili, tədqiqat hesabatlarının ümumi strukturu haqqında təqdimatla çıxış edib.

Seminarın sonunda tələbələri maraqlandran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR