A

SABAH Magistraturası layihəsi çərçivəsində Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin Elektron kommersiya ixtisaslaşmasında təhsil alan magistrantlar üçün Lütfizadə Texnoloji Mərkəzində "Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi" mövzusunda seminar təşkil olunub.

Seminarda "Dördüncü sənaye inqilabı texnologiyalarının qlobal iqtisadiyyata təsiri" mövzusunda e-hökumət və rəqəmsal iqtisadiyyat üzrə mütəxəssis Gülminə Məlikzadə, "Süni intellekt yoxsa emosional intellekt?" mövzusunda data elmi və süni intellekt üzrə mütəxəssis Yusif İbrahimov və "Əşyaların interneti-hərşeyin interneti" mövzusunda əşyaların interneti üzrə mütəxəssis, inventor Rəşid Əliyev təqdimatlar ediblər. Təqdimatda magistrantlarla süni intellektlə bağlı məlumatlar çatdırılıb, fikir mübadiləsi aparılıb.

Magistrantlara rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı e-kommersiya platformalarının formalaşdırılmasına aid təkliflər də veriblər.

TOP XƏBƏRLƏR