A

Elsevier şirkəti tərəfindən yaradılmış Scopus nüfuzlu elmi nəşr platformasında UNEC-ə mənsub olan 297 müəllif profili mövcuddur. Ümumilikdə bu günədək Scopus profilində UNEC-in 662 elmi əsəri (bir neçə müəllifi olan məqalələr) yer alıb. Müəllifə görə təhlil aparılarsa, hazırda 1262 elmi əsər (tək müəllifli olan məqalə) UNEC nümayəndələri tərəfindən yazılmışdır.

Hazırda UNEC-də 17 kafedra fəaliyyət göstərməkdədir. 15 kafedranın professor-müəllim heyətinin həmin bazada 209 müəllif profili mövcuddur. Bazadakı 1262 elmi əsərin 74%-i (928 elmi əsər) UNEC-də hazırda fəaliyyət göstərən elmi-pedaqoji heyətin payına düşür.

UNEC-in Elmmetrika şöbəsi tərəfindən kafedraların qeyd olunan göstərici üzrə reytinqi hazırlanıb. Reytinq üzrə Mühəndislik və tətbiqi elmlər kafedrası 45%-lə elmi əsərlərin sayına görə liderdir.

Ümumilikdə kafedralar üzrə göstəricilər aşağıdakı şəkildədir:

1.Mühəndislik və tətbiqi elmlər-52 müəllif profili, 415 elmi əsər

2.Riyaziyyat və statistika-15 müəllif profili, 73 elmi əsər

3.İqtisadiyyat və işlətmə-18 müəllif profili, 71 elmi əsər

4.Rəqəmsal texnologiyalar və tətbiqi informatika-15 müəllif profili, 66 elmi əsər

5. İqtisadiyyat-12 müəllif profili, 58 elmi əsər

6.Beynəlxalq iqtisadiyyat və biznes-10 müəllif profili, 56 elmi əsər

7.Tətbiqi iqtisadiyyat-26 müəllif profili, 54 elmi əsər

8.İqtisadiyyat və texnoloji elmlər-16 müəllif profili, 44 elmi əsər

9.Biznesin idarə edilməsi-6 müəllif profili, 23 elmi əsər

10.Maliyyə və audit-13 müəllif profili, 22 elmi əsər

11.Biznes və logistika-10 müəllif profili, 19 elmi əsər

12.İctimai idarəetmə və sosial innovasiyalar-5 müəllif profili, 13 elmi əsər

13.Humanitar fənlər-4 müəllif profili, 7 elmi əsər

14.Dizayn-3 müəllif profili, 4 elmi əsər

15.Xarici dillər-2 müəllif profili, 3 elmi əsər

İndekslənən elmi əsərlərin (bir elmi əsər bir neçə elmi istiqamətə aid oluna bilər) elmi istiqamətləri aşağıdakı kimidir:

Biznes, menecment və mühasibat – 132 əsər

İqtisadiyyat, ekonometrika və maliyyə - 123

Mühəndislik - 99

Kompyuter elmləri - 90

Sosial elmlər - 89

Enerji - 80

Ətraf mühit - 73

Riyaziyyat - 66

Kənd təsərrüfatı və biologiya elmləri - 57

Material elmləri – 41

Fizika və astronomiya- 31

Kimya - 30

Yer və planet elmləri- 28

İncəsənət və humanitar elmlər- 15

Kimya mühəndisliyi – 13

Biokimya, genetika və molekulyar biologiya- 9

Multidisiplinar elmlər – 6

Tibb - 5

Əczaçılıq- 3

Siyahıda (bura qoşmanı elave edərdiniz) Orcid qeydləri olmayan nümayəndələrə Scopus profillərini ORCID qeydləri ilə əlaqələndirilməsi tövsiyə olunur. 

 

TOP XƏBƏRLƏR